About admin

This author has not yet filled in any details.
So far admin has created 3 blog entries.

13 – 17 yanvar 2020-ci il tarixlərində ingilis dili, ədəbiyyat, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə növbəti elmi-metodiki seminarlar keçirilib

2020-01-19T10:25:15+00:00

13 - 17 yanvar 2020-ci il tarixlərində ingilis dili, ədəbiyyat, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə növbəti elmi-metodiki seminarlar keçirilib İngilis dili fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 9-cu sinif “English”, kimya fənni üzrə seminarda 9‑cu sinif “Kimya”, rus dili fənni üzrə seminarda 7-ci sinif “Русский язык”, biologiya fənni üzrə seminarda 9-cu sinif “Biologiya”, tarix fənni üzrə seminarda 9 və 11-ci siniflər üçün “Ümumi tarix” və coğrafiya fənni üzrə seminarda 9-cu sinif “Coğrafiya” dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib. Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və [...]

13 – 17 yanvar 2020-ci il tarixlərində ingilis dili, ədəbiyyat, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə növbəti elmi-metodiki seminarlar keçirilib2020-01-19T10:25:15+00:00

Fizika, rus dili, biologiya və tarix fənləri üzrə hazırlıq kursularının ilk məşğələləri keçirilib

2020-01-19T15:59:35+00:00

Fizika, rus dili, biologiya və tarix fənləri üzrə hazırlıq kursularının ilk məşğələləri keçirilib. Məşğələlərin mövzusu ölkənin təhsil sistemində aparılan islahatlar, fənn kurikulumunun mahiyyəti, strukturu, qəbul imtahanında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlara aid olub. Moderatorlar təqdimatlarla çıxış edib. Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. Növbəti həftə məşğələlər davam etdiriləcək.

Fizika, rus dili, biologiya və tarix fənləri üzrə hazırlıq kursularının ilk məşğələləri keçirilib2020-01-19T15:59:35+00:00

Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda növbəti təlim keçirilib

2020-01-19T16:00:37+00:00

Təlimdə Neftçala və ətraf rayonlarda yerləşən mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, yerli icra hakimiyyəti orqanları və məhkəmə orqanlarında çalışan 30-a yaxın dövlət qulluqçusu iştirak edib. Təlimdə Mərkəzin Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov çıxış edərək dövlət qulluğunun hüquqi əsasları, hazırkı çağırışlar və dövlət qulluğunun perspektivləri mövzusunda məruzə edib, dövlət qulluğu məsələləri ilə bağlı qaldırılan sualları cavablandırıb. Eyni zamanda, Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təqdimat edilib və təlim iştirakçılarına dövlət qulluğuna qəbul və vəzifədə yüksəliş, xidməti fəaliyyətin qiymətləndirilməsi, dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiyanın əsas istiqamətləri və Strategiyada nəzərdə tutulmuş [...]

Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda növbəti təlim keçirilib2020-01-19T16:00:37+00:00